116
04:16
23 Noyabr 2020

Tunisdə iki avtobus toqquşub, onlarla yaralı var

Tunisin paytaxtında iki avtobusun toqquşması nəticəsində azı 47 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Mosaique Fm” radiostansiyası məlumat yayıb.

Məlumata görə, qəza iki yolun kəsişməsində baş verib. Turist şirkətinə məxsus olan avtobus sürət həddinin pozulması nəticəsində “Tunisair” milli aviaşirkətinin işçilərini daşıyan digər sərnişin avtobusu ilə toqquşub. Hər iki nəqliyyat vasitəsinin sərnişinləri və sürücüləri xəstəxanaya yerləşdirilib. Sürücülərdən birinin vəziyyəti ağırdır.

Nəqliyyat və logistika işləri naziri Moez Şakşuk qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün göstəriş verib.

Dİgər xəbərlər