Aşan “Niva”nın sürücüsü öldü
21 noyabr 2020 13:44 (UTC +04:00)

Aşan “Niva”nın sürücüsü öldü

Tovuzda avtomobil aşıb.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 21-də saat 1 radələrində Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində Emil Sadıqov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Araşdırma aparılır.

# 1741
avatar

Oxşar yazılar