1248
19:17
18 Noyabr 2020

Bakıda ağac “Lada Granta”nın üzərinə düşdü - FOTO

Bu gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 1 ünvanındakı binanın qarşısında ağacın burada park edilmiş “Lada Granta” markalı avtomobilin üzərinə düşməsi ilə bağlı məlumat yayılıb.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Lent.az -a verilən məlumata görə, məsələ ilə əlaqədar Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əraziyə baxış keçirilib, güclü yağış nəticəsində deformasiyaya uğramış ağac ərazidən yığışdırılıb və ərazi təmizlənib. Sınmış ağacın yerinə yeni şam ağacı əkilib.

Dİgər xəbərlər