İşğaldan azad olunan kəndlərimizin giriş yol nişanları hazırlanıb.
Lent.az xəbər verir ki, yeni hazırlanan yol nişanları göy tabloda əks olunub.
Qeyd edək ki, ordumuzun sentyabrın 27-dən noyabrın 10-dək apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində 300-ə yaxın kənd düşmən tapdağından qurtulub. Noyabrın 10-da bağlanan sazişə görə isə 30 ilə yaxın erməni işğalçılarının nəzarəti altında qalan torpaqlarımız Azərbaycana geri qaytarılıb.