754
15:27
18 Noyabr 2020

İşğaldan azad olunmuş ərazilərə vurulan zərər belə hesablanacaq

BMT-nin müxtəlif təşkilatları tərəfindən 2017-ci ilədək apardığı hesablamalarda Ermənistan işğalı nəticəsində Azərbaycanın işğal altında olan ərazilərinə vurulan ziyanın məbləği 800 mlrd. ABŞ dollarına yaxın göstərilirdi.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı Qarabağın gələcək iqtisadiyyatına həsr olunan müzakirələrdə çıxışı zamanı deputat Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, o zaman hesablamalarda tətbiq olunan metodologiya hazırkı metodologiyadan fərqlənir: "Hazırda yeni metodologiyanın tətbiq olunması ilə bağlı hökumət tərəfindən müvafiq görüşlər keçirilir".

Bərpa işlərinə gəldikdə, deputat hesab edir ki, burada ən çətin məqam ondan ibarətdir ki, bəzi ərazilərdə ümumiyyətlə infrastruktur tam dağıdılıb: "Yəni biri var bərpa işləri 90-cı illərdə aparılsın, bir də var bu gün. Hazırda o ərazilərdə ümumiyyətlə heç nə yoxdur, infrastruktur tam dağıdılıb, elektrik dirəklərini söküb aparırlar, Kəlbəcərdə evlər yandırılır. Yəni Şuşanı və ya Hadrutu bərpa etmək daha rahatdır. Ona görə hesablamalarda yeni metodologiya tətbiq olunacaq. Bəlkə də bu vəsait bir qədər az ola bilər".

Dİgər xəbərlər