144
21:58
17 Noyabr 2020

Legionerlərlə dolu yığmamız yalnız Lixtenşteyni qabaqladı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda bir matç baş tutub.

Slovakiya yığması öz meydanında Lixtenşteyni qəbul edib. Meydan sahibləri darmadağınla qalib gəlib – 6:0

Bu, qrupda son görüş olub. Bununla da 2-ci qrupda mübarizə yekunlaşıb və yığmaların mövqeyi bəlli olub.

Daim seçmə mərhələni son sıralardan birində başa vuran Azərbaycan yığması tsikli 5-ci pillədə bitirib. Milan Obradoviçin yetirmələri yalnız Lixtenşteyni qabaqlaya bilib. Müxtəlif ölkələrdən cəlb olunan legioner hesabına toplanan komanda cırtdanları arxada qoymaqdan başqa heç nə ilə fərqlənməyib.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan Fransa və İsveçrə final mərhələsinə vəsiqə qazanıb.

Dİgər xəbərlər