Yığmamızın qrupunda qalib bəlli oldu – seçmə mərhələdə
17 noyabr 2020 09:36 (UTC +04:00)

Yığmamızın qrupunda qalib bəlli oldu – seçmə mərhələdə

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı 2-ci qrupda bir matç baş tutub.

Qrupun liderləri Fransa və İsveçrə 1-ci yerin taleyinin həll olunduğu görüşdə üz-üzə gəlib. Bunadək final mərhələsinə vəsiqəni təmin edən komandaların qarşılaşması məhsuldar alınıb. 

3:1 hesablı qələbə qazanan Fransa qrup qalibi olub. İsveçrə ikinci yerlə kifayətlənib.

Hazırda 5-ci pillədə olan Azərbaycan millisinin mövqeyi bu gün baş tutacaq qrupun son matçından sonra rəsmiləşəcək. Slovakiya öz meydanında Lixtenşteynlə üz-üzə gələcək.

1

Fransa

10

9

0

1

32-10

27

2

İsveçrə

10

9

0

1

26-8

27

3

Gürcüstan

10

5

0

5

17-14

15

4

Slovakiya

9

3

0

6

16-21

9

5

Azərbaycan

10

2

0

8

6-18

6

6

Lixtenşteyn

9

1

0

8

3-29

3

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1021

Oxşar yazılar