54
13:52
16 Noyabr 2020

Bu ay dəm qazından zəhərlənənlərin SAYI

“Noyabr ayının 1-dən indiyədək dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 17 nəfər müraciət edib”.

Bu sözləri Lent.az -a açıqlamasında mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, təkcə keçən həftə ərzində dəm qazından müraciət edənlərin sayı 12 nəfər olub:

“Onlardan 4-nə şifahi məsləhət verilib, 8-i isə mərkəzə yerləşdirilib. Mərkəzə yerləşdirilənlərdən 2-si azyaşlı olub. Ölüm halı qeydə alınmayıb və hamısına lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.

Dİgər xəbərlər