59
15:55
13 Noyabr 2020

"ASALA" terror təşkilatı barədə videoçarx hazırlandı

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Lent.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Ermənistan dövləti səviyyəsində dəstəklənərək uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar törədən "ASALA" terror təşkilatının törətdiyi cinayət əməlləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “Asala terror təşkilatı barədə nə bilirsiniz?” başlıqlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici video çarxlar hazırlanıb.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Baş Prokurorluq tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək.

Dİgər xəbərlər