Dövlət qulluqçusunun vurduğu zərərin ödənilməsi qaydası dəyişdi
12 noyabr 2020 18:21 (UTC +04:00)

Dövlət qulluqçusunun vurduğu zərərin ödənilməsi qaydası dəyişdi

Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin tam həcmdə ödənilməsi qaydası dəyişib. 

Lent.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Dövlət qulluğu haqqında” və “İşsizlikdən sığorta haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. 

Qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycanın dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsinin vəsaiti hesabına ödənilirdi. 

Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə  Azərbaycanın dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506

Oxşar yazılar