Maşın dirəyə çırpıldı: ölən var
11 noyabr 2020 17:44 (UTC +04:00)

Maşın dirəyə çırpıldı: ölən var

0

Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Soltanabad kəndində qeydə alınıb. “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, rayon sakini, 24 yaşlı Həsənova Qumru Şahvələd qızı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 996

Oxşar yazılar