Ermənistan yığması Avropa çempionatının oyununa gedə bilmədi - SƏBƏB
11 noyabr 2020 19:52 (UTC +04:00)

Ermənistan yığması Avropa çempionatının oyununa gedə bilmədi - SƏBƏB

Ermənistan yığmasının 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki oyunları baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Ermənistan Futbol Federasiyası açıqlayıb.

İsveç və İslandiya ilə noyabrda keçirilməsi nəzərdə tutulan hər iki qarşılaşma koronavirus səbəbindən Kiprin Larnaka şəhərində təşkil olunmalı idi. 

Yığma üzvlərinin əksərinin infeksiyaya yoluxması, hərbi vəziyyətlə əlaqədar yenidən komandaya cəlb ediləcək futbolçuların səfərə yollanması ilə bağlı çətinliklər üzündən isə ermənilər Kiprə getməyəcək. Federasiya UEFA və rəqib ölkəni bu barədə məlumatlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 841

Oxşar yazılar