İngiltərədə may ayından bəri rekord sayda koronavirusdan ölüm qeydə alındı
11 noyabr 2020 12:19 (UTC +04:00)

İngiltərədə may ayından bəri rekord sayda koronavirusdan ölüm qeydə alındı

İngiltərədə koronavirus ağırlaşmalarından 500-dən çox adam ölüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu, may ayından bəri ən yüksək göstəricidir. 

Məlumata görə, ötən sutka Britaniyada COVID-19-dan 503 nəfər həyatını itirib.

Bundan əvvəl, may ayının 12-də ölkədə 614 nəfər koronavirusdan ölmüşdü. 

Böyük Britaniyada son sutkada 20 min nəfərə koronavirus diaqnozu qoyulub. 

 

# 889
avatar

Oxşar yazılar