Gürcüstanda son sutkada koronavirusdan 45 nəfər ölüb
11 noyabr 2020 11:13 (UTC +04:00)

Gürcüstanda son sutkada koronavirusdan 45 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3001 yoluxma halı qeydə alınıb, 45 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  66 561 nəfərə, ölənlərin sayı isə 566 nəfərə çatıb.

Virusa yoluxanlardan 49 811 nəfərin sağaldığı bildirilir.

# 718
avatar

Oxşar yazılar