Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası olub.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, Sumqayıt şəhərində "BMW" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsində elektrik naqilləri yanıb. Qəza nəticəsində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər yanğınsöndürənlər tərəfindən deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.