Qadını döyüb boyunbağını aldılar
10 noyabr 2020 14:42 (UTC +04:00)

Qadını döyüb boyunbağını aldılar

Noyabrın 9-da Şəmkir şəhərində bir nəfər Qaracəmirli kənd sakini S.Uğurlayevaya zor tətbiq edib qızıl boyunbağısını alıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının sayıqlığı və operativliyi nəticəsində saxlanılaraq rayon Polis Şöbəsinə təhvil verilib. Araşdırmalarla soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsin Seyfəli kənd sakini A.Əliyev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873

Oxşar yazılar