Şuşanın işğaldan azad olunması Münhendə qeyd olundu
10 noyabr 2020 12:32 (UTC +04:00)

Şuşanın işğaldan azad olunması Münhendə qeyd olundu

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Münhendə yaşayan azərbaycanlılar Azərbaycanın  qədim mədəniyyət mərkəzlərindən biri, Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə avtoyürüş təşkil ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, həmvətənlərimiz hər zaman, o cümlədən müzəffər Azərbaycan ordusunun qələbə salnaməsi yazdığı bu günlərdə daimi Azərbaycanın yanında olduqlarını bildiriblər.  

Avtoyürüşün sonunda iştirakçılar “Şuşa Qarabağdır!” “Qarabağ-Azərbaycandır!” şüarları səsləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar