“Qarabağ” “Neftçi”ni darmadağın etdi
08 noyabr 2020 18:29 (UTC +04:00)

“Qarabağ” “Neftçi”ni darmadağın etdi

Azərbaycan çempionatında 9-cu turun mərkəzi oyununda “Neftçi” öz  meydanında “Qarabağ”ı qonaq edib.

Lent.az xəbər verir ki, Ağdam klubu paytaxt təmsilçisini darmadağın (6:0) edib.

Hesabı 20-ci dəqiqədə Filip Ozobic açıb. O, 10 dəqiqə sonra ikinci qolu rəqib qapısından keçirib. 39-cu dəqiqədə Mahir Emrəli hesabı 3:0-a çatdırıb. 

“Qarabağ” ikinci hissədə daha 3 qol vurub. 50-ci dəqiqədə Abdellah Zubir fərqlənib. Filip Ozobiç 52-ci dəqiqədə komandasının 5-ci, özünün 3-cü qolunu vurub. 75-ci dəqiqədə isə Musa Qurbanlı fərqlənib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322

Oxşar yazılar