Məktəbli ailəsini öldürməyə cəhd etdi – Rusiyada
08 noyabr 2020 11:53 (UTC +04:00)

Məktəbli ailəsini öldürməyə cəhd etdi – Rusiyada

Sankt-Peterburqda 15 yaşlı məktəbli ailəsini öldürməyə cəhd edib.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, hadisə Lujkaya küçəsində baş verib. Yetkinlik yaşına çatmayan basqınçı 6 yaşlı bir bacının boğazını kəsib, sonra anasını travmatik tapança ilə vurub və eyni zamanda atasının əlinə də atəş açıb.

Məlumata görə, məktəbli valideynlərinin tez-tez onu gəzməyə buraxmadığı üçün intiqam almağa qərar verib.

Atışmanın həyata keçirildiyi silah, yeniyetmənin yol polisi məmuru olan atasının adına qeydə alınıb. 

Yaralılar reanimasiyaya yerləşdirilib. Ana və oğul İstintaq Komitəsinin şöbəsinə göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871

Oxşar yazılar