Bu şəhərlər və rayonlarda ictimai nəqliyyat tam dayandırılır - DİQQƏT
06 noyabr 2020 15:17 (UTC +04:00)

Bu şəhərlər və rayonlarda ictimai nəqliyyat tam dayandırılır - DİQQƏT

7 noyabrdan etibarən 2 şəhər və 8 rayonda (Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları) ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

Lent.az məlumat verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarının sərtləşdirilməsi haqqında qərarında bildirilib.

Qeyd olunub ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı. 2020-ci il 7 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək həmin ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar