“Düşmənin silah-sursat anbarı partlayıb”.
Lent.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi paylaşıb.
Bildirilir ki, Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub:
"Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib. Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi".