Tramp səslərin sayılmasının dayandırılmasını tələb etdi
05 noyabr 2020 19:32 (UTC +04:00)

Tramp səslərin sayılmasının dayandırılmasını tələb etdi

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib.

APA-nın xəbərinə görə, bu barədə D. Tramp “Twitter”də bildirib.

“Səs sayımını dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”, - deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ştatların bəzilərində hələ də səs sayımı prosesi davam edir. İlkin nəticələrə görə, Demokratların namizədi Co Bayden öndədir. Respublikaçıların namizədi D. Tramp seçki saxtakarlığının olduğunu və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar