106
12:35
05 Noyabr 2020

"Qarabağın məşhur müəllimləri" - Nəcəf bəy Vəzirov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Nəcəf bəy Vəzirovdur.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, N.Vəzirov 1854-cü ildə Şuşa şəhərində anadan olub. Ədibin maarifçilik ideyalarına xidmət edən zəngin yaradıcılığı milli dramaturgiyamızın inkişafında mühüm yer tutur.

Nəcəf bəy bir müddət Bakı şəhər maarif şöbəsi rəisinin müavini işləyib və müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılmasında yaxından iştirak edib. O, Bakıda Kənd təsərrüfatı texnikumunda müəllimlik edib.

Əsərlərinin qonorarını xeyriyyə cəmiyyətlərinə köçürən Nəcəf bəy deyirdi:“Bu mənim prinsipimdir. Hələ vicdanımı itirməmişəm ki, xalqımın maariflənməsinə kömək edən yazılarımdan qazanc götürəm”.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Dİgər xəbərlər