46
13:38
04 Noyabr 2020

Maradona beyin əməliyyatı edildi: həkim nəticəni AÇIQLADI

Diego Armando Maradonanın şəxsi həkimi Leopoldo Luke “Ximnasia”nın baş məşqçisinin müvəffəqiyyətlə təcili əməliyyat olunduğunu söyləyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bundan əvvəl 60 yaşlı argentinalı xəstəxanaya yerləşdirilib və Maradonaya beyində qan laxtalanması diaqnozu qoyulub.

“Əməliyyat təxminən 1 saat 20 dəqiqə davam edib. Hematoma uğurla aradan qaldırılıb. Diego yaxşı bir əməliyyat keçirib. Oyaqdır və çox yaxşıdır. Maradona yaxşılaşa bilər", - həkim vurğulayıb.

Əməliyyat üçün əfsanəvi argentinalı La Plata xəstəxanasından Buenos-Ayres əyalətindəki Olivosdakı klinikaya çatdırılıb. Maradonanı üç qızı - Dalma, Giannina və Jean müşayiət edib.

Dİgər xəbərlər