Əlcəzair Prezidenti koronavirusa yoluxub
04 noyabr 2020 07:17 (UTC +04:00)

Əlcəzair Prezidenti koronavirusa yoluxub

Əlcəzair Prezidenti Abdelmajid Tebbun koronavirus infeksiyasına yoluxub. 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb. 

Bildirilib ki, dövlət başçısının sağlamlıq durumu getdikcə yaxşılaşır. 

Məlumata görə, oktyabrın 24-də adminstrasiyanın işçiləri testdən keçərkən başda Tebbun olmaqla bir neçə əməkdaşın nəticələri müsbət olub. Dərhal yoluxan şəxslər könüllü olaraq beş günlük təcrid ediliblər. 

Daha sonra dövlət başçısının xəstəxanaya yerləşdirildiyi və oktyabrın 28-də həkimlərin tövsiyəsi ilə tibbi müayinədən keçmək üçün Almaniyaya getdiyi bildirilib.

 

# 739
avatar

Oxşar yazılar