Londonda erməni terrorunun qurbanları yad edilib
02 noyabr 2020 10:26 (UTC +04:00)

Londonda erməni terrorunun qurbanları yad edilib

Böyük Britaniyada yaşayan azərbaycanlılar “London Eye”ın qarşısına toplaşaraq işğalçı Ermənistan ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, aksiya iştirakçıları Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şuarlar səsləndiriblər. Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər. Anım mərasimi Azərbaycanın Dövlət Himninin oxunması ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132

Oxşar yazılar