130
09:25
02 Noyabr 2020

TƏBİB-də yeni təyinat - FOTO

Pərviz Hacıyev M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim təyin olunub.

Lent.az məlumat verir ki, bununla bağlı TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Pərviz Nadir oğlu Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.

Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirib. Özəl tibb müəssisəsində çalışıb.

Dİgər xəbərlər