Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.
Lent.az-ın məlumatına görə, bu barədə Hikmət Hacıyev tvitter hesabında yazıb.
"Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - Prezidentin köməkçisi bildirib.