Noyabrın ilk günü hava necə olacaq? - PROQNOZ
31 oktyabr 2020 12:00 (UTC +04:00)

Noyabrın ilk günü hava necə olacaq? - PROQNOZ

Noyabrın  1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir.  Cənub küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz  20-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 759 mm civə sütunundan 762  mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq. 

Noyabrın 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 10-15, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz  18-23 dərəcə  isti olacaq.    

# 655
avatar

Aygün İbrahimli

Oxşar yazılar