66
18:05
30 Oktyabr 2020

Türkiyədəki səfirliyimizdə İzmirdəki zəlzələ ilə bağlı “qaynar xətt” yaradıldı

Azərbaycanın Türkiyədəki səfirliyində İzmirdə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə səfirliyin saytında bildirilib.

“Oktyabrın 30-da İzmir şəhərində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar olaraq Səfirlikdə yaradılmış qaynar xətt ilə əlaqə saxlaya bilərsiniz. Qaynar xətt: +90 537 282 6740, elektron poçt: [email protected]”, - saytda qeyd olunub.

Dİgər xəbərlər