“Anamın qoxusu üçün darıxıram” – Bəxtiyarların, Sevillərin, Zəhraların, Hüseynlərin səsi... - VİDEO
30 oktyabr 2020 13:58 (UTC +04:00)

“Anamın qoxusu üçün darıxıram” – Bəxtiyarların, Sevillərin, Zəhraların, Hüseynlərin səsi... - VİDEO

«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti Ermənilərin Gəncədə törətdiyi terrordan zərər çəkən uşaqlara həsr olunan video hazırlayıb.

Lent.az xəbər verir ki, təqdim olunan videonun qəhrəmanı Gəncənin balaca igidi Bəxtiyar Heydərlidir.

Qeyd edək ki, 5 yaşlı Bəxtiyar Heydərli Erməni silahlılarının Gəncədə törətdiyi terrordan zərər çəkənlərdən biridir. Gəncənin balaca qəhrəmanı həmin gecə atılan raket zərbəsi zamanı yatmış vəziyyətdə olub və dağıntılar altında qalaraq ciddi xəsarətlər alıb. Onun yaralı olmasına baxmayaraq gülümsəməsi fotoqrafların gözündən yayınmayıb. Elə həmin foto qısa müddətdə sosial şəbəkələrdə yayılaraq Bəxtiyarı hər kəsin balaca qəhrəmanı etdi.

# 1060
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar