30
14:53
29 Oktyabr 2020

İranda ötən sutka 399 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 399 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 34113 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8293 nəfər koronavirusa yoluxub.

Beləliklə İranda bu virusa yoluxanların sayı 596941 nəfərə yüksəlib.

Dİgər xəbərlər