Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi - MN
29 oktyabr 2020 14:08 (UTC +04:00)

Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi - MN

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Lent.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

# 844
avatar

Oxşar yazılar