"Bu oyun asan olmayacaq” - “Vilyarreal”ın baş məşqçisi
28 oktyabr 2020 16:24 (UTC +04:00)

"Bu oyun asan olmayacaq” - “Vilyarreal”ın baş məşqçisi

“Biz iki cəbhədə - həm daxili, həm qitə miqyaslı turnirlərdə çıxış edirik. Fasiləsiz oyunlar keçirdiyindən daha çox güc sərf etməli oluruq”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Vilyarreal” klubunun baş məşqçisi Unay Emeri deyib.

İspan mütəxəssis Avropa Liqasının “Qarabağ”la sabahkı matçı barədə fikirlərini açıqlayıb: “Çalışırıq ki, məhsuldar oynayaq. Komandamız matça köklənib. Sofian Çakla tam sağalıb. Funes Mori da dünəndən komanda ilə məşq edir. Digər zədəlilər Parexo, Estupinan və Jerar da tezliklə sıraya dönəcək. Mövsümü 4-2-3-1 sxemi ilə başladıq. Mərkəzdə daha çox oyunçunun olması ilə istədiyimiz komandanı qururuq. Vəzifəmiz qrupda birinci olmaqdır.

Sabahkı matçda “Qarabağ” “Sivasspor”a bənzəyəcək. Onların heyətində müxtəlif ölkələrdən olan Avropada oyun təcrübəsinə malik sürətli legionerlər var. Onlar yüksək səviyyədə oynamağa qadirdir. Bu oyun asan olmayacaq”.

# 1264
avatar

Oxşar yazılar