Şəhid ailələrinə ev verildi  - FOTO
28 oktyabr 2020 14:49 (UTC +04:00)

Şəhid ailələrinə ev verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəki və Oğuz rayonlarında yeni inşa olunmuş fərdi yaşayış evlərini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, iki rayonda ümumilikdə 24 ev (o cümlədən Şəkidə 9, Oğuzda 15 ev) təqdim edilib. Oğuzun Gənclik qəsəbəsində keçirilən tədbirdə nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov iştirak ediblər.

Qeyd edilib ki, dövlət başçısının tapşırığı əsasında şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təmin olunması tədbirləri uğurla davam edir.  

2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 688 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 134 fərdi ev) verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. 

Ümumilikdə ötən dövrdə 8276 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.

# 1411
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar