Bakıda 554 küçə dezinfeksiya edildi - FOTO
25 oktyabr 2020 17:00 (UTC +04:00)

Bakıda 554 küçə dezinfeksiya edildi - FOTO

Bakdıa küçələrin dezinfeksiya edilməsi davam etdirilir.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, son günlərdə koronavirusa yoluxanlarının sayında artım olması nəzərə alınaraq oktyabrın 24 və 25-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə,  prospekt və yollarda, həmçinin qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfərdən çox işçilərin köməyi ilə artıq 15-i dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir. 
Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin kollektivi işğaldan azad ediləcək Şuşa şəhərində də dezinfeksiya tədbirlərini aparmağa hazırdır.

# 787
avatar

Oxşar yazılar