177
09:04
22 Oktyabr 2020

FAB Boya Silahlı Qüvvələrə Yardım Fonduna yenidən 50 000 manat vəsait köçürüb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şanlı Azərbaycan ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. Müzəffər ordumuzun rəşadəti nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan rayonları, bir sıra yüksəkliklər və yaşayış məntəqələri düşmən tapdağından azad olunub.

“FAB Boya və Kimya Sənayesi” MMC Milli Ordumuzun haqq savaşına dəstək məqsədilə növbəti dəfə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat vəsait köçürüb. Bu barədə şirkətdən verilən məlumatda qeyd edilib: “Ordumuzun qazandığı uğurlar “FAB Boya və Kimya Sənayesi” MMC olaraq bizi də qürurlandırır. İnanırıq ki, qısa zaman ərzində işğal altındakı bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq, soydaşlarımızın vətən həsrətinə son qoyulacaq. Qeyd edək ki, hazırda “FAB Boya və Kimya Sənayesi” MMC-nin 30-dan çox əməkdaşı Milli Ordumuzun sıralarında ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən haqq savaşında iştirak edir. Yaşasın Azərbaycan ordusu! Yaşasın Azərbaycan Xalqı! Qarabağ Azərbaycandır!”

Dİgər xəbərlər