21 il əvvəl Dağıstana hücumun iştirakçıları tutuldu - VİDEO
21 oktyabr 2020 16:15 (UTC +04:00)

21 il əvvəl Dağıstana hücumun iştirakçıları tutuldu - VİDEO

1999-cu ildə Dağıstana təşkil olunmuş hücumun iştirakçılarından ikisi tutulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.

Saxlanılanlar Stavropol vilayətindən olan 45 yaşlı Rəsul Maylubayev və 43 yaşlı Zahir Yaqubovdur. 

Onlar 1999-cu ildə Şamil Basayev və Əmir Xəttabın dəstəsi tərəfindən Dağıstanın Botlix rayonuna təşkil olunmuş hücumda iştirak ediblər.

Həmin hücum zamanı 280 nəfər həlak olub, 800 nəfər yaralanıb. 

# 2362
avatar

Oxşar yazılar