İranda bir sutkada koronavirusdan 312 nəfər ölüb
21 oktyabr 2020 15:17 (UTC +04:00)

İranda bir sutkada koronavirusdan 312 nəfər ölüb

İranda ötən sutka ərzində 312 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 31346 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  5616 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 545286 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 438709 nəfər  koronavirusdan sağalıb.

# 601
avatar

Oxşar yazılar