Mağazadan oğurluq edən keçmiş məhkum tutuldu
21 oktyabr 2020 12:17 (UTC +04:00)

Mağazadan oğurluq edən keçmiş məhkum tutuldu

Bakıda mağazadan oğurluq olub.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, oktyabrın 10-da Yasamal rayonu ərazisindəki mağazaların birindən 4040 manat dəyərində masaüstü dəstlər və suvenir oğurlanıb.

Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Osmanov saxlanılıb.

# 733
avatar

Mehman Nəbiyev

Oxşar yazılar