İranda ötən sutka 322 nəfər koronavirusdan ölüb
20 oktyabr 2020 15:45 (UTC +04:00)

İranda ötən sutka 322 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 322 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 31034 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  5039 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 539670 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 434676 nəfər  koronavirusdan sağalıb.

# 676
avatar

Oxşar yazılar