16:28
16 Oktyabr 2020

"Ermənilər xaricdə aksiya keçirməklə "COVİD-19"u yayırlar" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev erməni lobbisinin Avropa ölkələrində aksiyalar keçirməsinə münasibət bildirib.

Lent.az xəbər verir ki, dövlət rəmisi bu barədə özünün rəsmi "Twitter" hesabında məlumat paylaşıb:

"Ermənistan hökumətinin təhriki ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolları pozur, insanlar üçün çətinliklər yaradır. İqtisadiyyata zərər verir və COVID-19 pandemiyasını yayırlar. Ermənistan bu cür təxribatlara əl atmaq əvəzinə, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır".

Dİgər xəbərlər