15:31
16 Oktyabr 2020

İranda koronavirusdan ölənlərin sayı 29870-ə çatıb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 265 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, bu günədək İranda koronavirusdan ölənlərin sayı 29870-ə çatıb.

Son 24 saat ərzində 4552 yeni yoluxma faktı qeydə alınıb, bununla da İranda bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 522387-yə çatıb.

420910 nəfər xəstəlikdən sağalıb, hazırda virus daşıyıcısı olan 4684 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Dİgər xəbərlər