Postda saxlanılan maşından odlu silah tapıldı
16 oktyabr 2020 12:49 (UTC +04:00)

Postda saxlanılan maşından odlu silah tapıldı

Gəncə sakininin avtomobilindən odlu silah aşkarlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hacıqabul-Horadiz yolunda qurulmuş xüsusi postda Gəncə şəhər sakini Z.Həbibovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 patron, 1 ədəd süngübıçaq və 1 ədəd dəbilqə aşkar edilərək götürülüb.

# 469
avatar

Mehman Nəbiyev

Oxşar yazılar