11:45
16 Oktyabr 2020

Rusiyada bir sutkada 232 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 15 150 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 369 313 nəfərə çatıb.

Son sutka ərzində 232 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 23 723 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Dİgər xəbərlər