Gəncədə minik maşını külə döndü
15 oktyabr 2020 04:22 (UTC +04:00)

Gəncədə minik maşını külə döndü

Gəncədə minik maşını yanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Passat Golf” markalı minik avtomobilində anidən yanğın baş verib. Hadisə yerinə FHN-in yanğından mühafizə bölməsi cəlb olunub. Avtomobil söndürülüb. Yanğın zamanı minik maşınının mühərriki və salonu tam yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. 

İlkin məlumata görə, yanğına səbəb avtomobilin elektrik naqillərində baş verən qısa qapanma olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918

Oxşar yazılar