“Azərbaycan topraqlarını işgal edən barbar bir Ermənistan var" - TÜRKİYƏNİN NAZİRİ
12 oktyabr 2020 14:28 (UTC +04:00)

“Azərbaycan topraqlarını işgal edən barbar bir Ermənistan var" - TÜRKİYƏNİN NAZİRİ

Türkiyənin müdafiə naziri Hulusi Akar Azərbaycanla bağlı daha bir açıqlama verib.

Lent.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, H.Akar “Azərbaycanla Türkiyə qardaşdır. Bir-birimizdən ayrılmağımız mümkün deyil”,- deyə bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfindən edilməsi lazım olan nə varsa edilib və ediləcək: “Azərbaycan topraqlarını işgal edən təcavüzkar, barbar bir Ermənistan var. 30 il boyunca Azərbaycanlı qardaşlarımız  dialoq üçün gözlədilər. Nə etdiniz bu günə kimi? Bunun cavabı sıfırdır. Bu mübarizədə Türkiyə sonuna qədər Azərbaycanın yanındadır. Azərbaycanlı qardaşlarımız atəşkəs qərarına əməl etdilər. Səmimiyyətsizlik edən Ermənistan əməl etmədi. Raketlərlə acımasız şəkildə, mülki əhalini öldürəcək formada təcavüzə davam etdilər və edirlər”.

# 472
avatar

Aygün İbrahimli

Oxşar yazılar