15:58
11 Oktyabr 2020

Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə APA -nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə XİN başçısı S. Lavrovdan atəşkəsə əməl etməsi üçün Ermənistana xəbərdarlıq etməsini istəyib.

Dİgər xəbərlər