14:41
11 Oktyabr 2020

Ermənistanın Gəncədə törətdiyi vandalizmlə bağlı beynəlxalq ictiamiyyətə ÇAĞIRIŞ

“Gəncədə baş verənlər Ermənistanın xislətini göstərir. Ali Baş Komandanın tapşırığı ilə hadisə yerində beynəlxalq medianın da iştirakı ilə mətbuat konfransı təşkil olundu və beynəlxalq media vasitəsilə də beynəlxalq ictimaiyyətin diqqətinə Ermənistanın əsl mahiyyəti və cinayətkar təbiəti bir daha təqdim olundu”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə Baş Prokurorluqla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət tərəfindən bu hadisələrə qiymət verilməlidir.

“Əminik ki, beynəlxalq ictimaiyyət tərəfindən də bu hal qiymətləndiriləcək və cəzasız qalmayacaq. Erməni tərəfi cəbhədəki uğursuzluqlarını kompensasiya etmək üçün bu kimi şərəfsiz addımlara əl atır. Onların törətdiyi bu cinayət zamanı 9 nəfər mülki insan həlak olub. Onlarına arasında qadınlar da var. Baş vermiş hadisə ilə əlaqədar toplanmış və toplanacaq materiallar həm prokurorluq, həm də Xarici İşlər Nazirliyi xətti ilə aidiyyəti beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq. Biz beynəlxalq ictimaiyyəti bu hadisələri, vəhşiliyi, vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq”, - deyə H. Hacıyev vurğulayıb.

Dİgər xəbərlər