Ermənilərin atdığı mərmi APA-nın Qarabağ ofisinin həyətinə düşdü - VİDEO
09 oktyabr 2020 15:54 (UTC +04:00)

Ermənilərin atdığı mərmi APA-nın Qarabağ ofisinin həyətinə düşdü - VİDEO

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə, eləcə də cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərə qarşı terror əməllərini davam etdirir.

Ötən gün düşmənin Ağdam rayonunu ağır artilleriyadan atəşə tutub. Düşmənin atdığı mərmi APA-nın Qarabağ bürosunun ofisinin yaxınlığına da düşüb. Mərminin düşmə anı təhlükəsizlik kamerasının yaddaşına köçüb. Ofisə ziyan dəyib.

APA TV-nin yerli bürosunun məlumatına görə, atılan mərmilərdən biri Quzanlı qəsəbə sakini Məhəmməd Vəliyevin evində də yanğına səbəb olub: “Atışma başladı, yolda idim, girdim evin küncünə. Yeddi mərmi atdılar. Onlardan sonuncusu düşdü evimə. Düşən kimi də yanğın başladı. Evdən heç nə çıxarda bilmədik. Allahın köməkliyi ilə torpaqlarımızı alıb öz yerimizdə yurdumuzda yaşayacağıq”.

Düşmən təxribatı nəticəsində rayon sakini Nadir Novruzovun da evinə mərmi düşüb. Nəticədə yaşayış evi dağılıb. Nadir Novruzovun həyat yoldaşı Aytəkin Novruzova deyir ki, hadisə vaxtı hamısı evdə olub: “Hamımız evdə oturmuşduq, gördük ki, ev uçdu, dağıldı. Neçə belə evlər əsgərlərimizə, prezidentimizə qurban olsun. Biz heç yerə getməmişik. Biz əsgərlərimizin arxasında durmuşuq. Evimizdən heç hara çıxmırıq.”

Hazırda döyüşlər davam edir.

# 535
avatar

Oxşar yazılar